Главная > Cəmiyyət > Abşeronda qanunsuz tikintinin qarşısı alınıb - FOTO
Abşeronda qanunsuz tikintinin qarşısı alınıb - FOTO6-12-2022, 20:00. Разместил: admin |
Fövqəladə Hallar Nazirliyi (FHN) Abşeronda qanunsuz tikintinin qarşısını alıb. “Report”a xəbər verir ki, rayonun Masazır qəsəbəsi, Əliağa Vahid küçəsində təsdiq edilən layihədən kənara çıxılaraq nəzərdə tutulan yaşayış obyektindən fərqli binanın tikildiyi aşkar edilib. FHN-in Dövlət Yanğına Nəzarət Xidmətinin dövlət yanğın nəzarət işinin təşkili şöbəsinin rəisi Cəmil Xudiyev jurnalistlərə açıqlamasında bildirib ki, nəzərdə tutulan mərtəbədən daha çoxmərtəbəli bina tikilib: “Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğına Nəzarət Xidmətinin birgə işi nəticəsində tikintinin dayandırılması ilə bağlı qərar qəbul edilib. Aparılan yoxlamalar göstərir ki, yanğına qarşı binalar arasında ara məsafəsi gözlənilməyib. Yanğın və ya hansısa fövqəladə hal baş verdiyi zaman avtomobillərinin hərəkəti nəzərə alınmadan tikinti aparılıb. Bu da gələcəkdə baş verəcək hansısa fövqəladə hadisə zamanı avtomobillərin hərəkətinə maneəyə səbəb ola bilər”. C.Xudiyev söyləyib ki, göstərilən məsələ ilə əlaqədar həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyekt nəzarətə götürülüb. Вернуться назад |