Главная > Cəmiyyət > Daşkəsən, Göygöl və Gədəbəyə qar yağıb - FOTO
Daşkəsən, Göygöl və Gədəbəyə qar yağıb - FOTO4-12-2022, 13:57. Разместил: admin |
Dekabrın 3-ü axşam saatlarından başlayaraq Daşkəsən, Göygöl və Gədəbəy rayonlarına qar yağıb. APA-nın yerli bürosunun məlumatına görə, Daşkəsən rayonunun Xoşbulaq, Qaraqullar, Təzəkənd, Çıraqlı, Əmirvar, Qabaqtəpə, Astaf, Alaxançallı kimi ucqar dağ kəndlərində qarın hündürlüyü 15-25 santimetrə çatıb. Daşkəsəndə yağan qarın yollarda nəqliyyatın hərəkətinə çətinlik yaratmaması üçün “31 saylı Yol İstismarı” MMC tərəfindən mütəmadi təmizləmə işləri aparılır, qum-duz qarışığı səpilir. Hazırda qərb bölgəsində qeyri sabit hava şəraiti davam edir. Вернуться назад |