Главная > Cəmiyyət / Şou biznes > MN: “Azərbaycan Ordusu Ermənistan bölmələrinə atəş açmayıb”

MN: “Azərbaycan Ordusu Ermənistan bölmələrinə atəş açmayıb”


1-12-2022, 09:41. Разместил: admin
Azərbaycan Ordusunun bölmələri tərəfindən guya noyabrın 30-u saat 22:35-də Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövqeləri istiqamətində müxtəlif çaplı atıcı silahlardan atəş açılması ilə bağlı qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır, həqiqətə uyğun deyil.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

“Ermənistan müdafiə nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik”, - deyə Azərbaycan MN-dən bildirilib.
Вернуться назад