Главная > Cəmiyyət / Manset > İlham Əliyevdən FƏRMAN: Ədliyyə Nazirliyinin strukturunda dəyişiklik edildi
İlham Əliyevdən FƏRMAN: Ədliyyə Nazirliyinin strukturunda dəyişiklik edildi28-11-2022, 17:56. Разместил: admin |
Ədliyyə Nazirliyinin strukturunda dəyişiklik edilib. Bununla bağlı Prezident İlham Əliyev “Ədliyyə orqanlarının inkişafı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 avqust tarixli 446 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb. Dəyişikliklə “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin strukturu”nun 2-ci hissəsi aşağıdakı redaksiyada verilib: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Aparatı Strateji planlaşdırma və monitorinq baş idarəsi Qanunvericilik baş idarəsi Ədliyyə sahəsində xidmətlər baş idarəsi İcra baş idarəsi Probasiya xidməti (baş idarə səlahiyyətli) Bələdiyyələrlə iş mərkəzi (baş idarə səlahiyyətli) İnsan resursları baş idarəsi Beynəlxalq əməkdaşlıq idarəsi İnsan hüquqları və kommunikasiya idarəsi İstintaq idarəsi Cəzaların icrasına nəzarət üzrə müfəttişlik (idarə səlahiyyətli) İnformasiya texnologiyaları və innovasiyalar idarəsi Katiblik (idarə səlahiyyətli) Maliyyə və təminat idarəsi. Вернуться назад |