Главная > Cəmiyyət / Manset > Partiyaların qeydiyyata alınmasında YENİLİK: Say limiti dəyişdirilir
Partiyaların qeydiyyata alınmasında YENİLİK: Say limiti dəyişdirilir21-11-2022, 14:17. Разместил: admin |
Dövlət qeydiyyatına alınması üçün siyasi partiyanın azı 5000 üzvünün olması təklif edilir. Oxu.Az-ın məlumatına əsasən, bu barədə yeni redaksiyada təqdim olunan “Siyasi partiyalar haqqında” qanun layihəsində bildirilir. Həmin tələbin pozulması halı müəyyən edildikdə dövlət qeydiyyatına alınmış siyasi partiyada üzv sayının 4500-dən aşağı olması halında həmin siyasi partiyanın dövlət qeydiyyatının ləğvi barədə məhkəmədə iddia qaldırır. Qeyd edək ki, qanun layihəsinin əvvəlki redaksiyasında siyasi partiyaların qeydiyyata alınması üçün tələb edilən minimum üzvlərin sayının 10 minə qaldırılması təklif olunurdu. Hazırkı qanunvericiliyə əsasən isə, bu tələb min nəfərdir. Вернуться назад |