Главная > Cəmiyyət > “Red Bull”dan tarixi uğur: 2018-ci ildən bəri ilk qoşa start
“Red Bull”dan tarixi uğur: 2018-ci ildən bəri ilk qoşa start19-11-2022, 21:46. Разместил: admin |
“Red Bull” pilotu Maks Ferstappen Abu Dabi Qran Prisində hamıdan irəlidə başlayacaq. Onun komanda yoldaşı Serxio Peres isə ikinci sırada yer alacaq. Pilotlar komanda tarixində 25-ci dəfə bazar günü yarışa birinci cərgədən start verəcəklər. Sonuncu dəfə belə bir nailiyyət “Red Bull” tərəfindən 2018-ci ildə əldə edilib. O zaman Daniel Rikkardo Meksika Qran Prisinə birinci, Verstappen isə ikinci yerdən başlayıb. 23 qoşa start isə “Red Bull” tərəfindən 2010-cu ildən 2013-cü il aralığında həyata keçirilib. Bu göstərici üzrə “Red Bull” beşinci Formula 1 komandasıdır. Qoşa starta görə liderlər isə “Mercedes” (83), “Ferrari” (82), “McLaren” (63) və “Williams”dır (62). Вернуться назад |