Главная > Cəmiyyət > Komitə sədri: “Hökumət dərmanlarla bağlı proqram hazırlayır”

Komitə sədri: “Hökumət dərmanlarla bağlı proqram hazırlayır”


17-11-2022, 11:47. Разместил: admin
“Azərbaycanda əhali arasında dərman vasitələri ilə bağlı böyük narahatlıqlar var”.

Bunu Milli Məclisin iclasında 2023-cü ilin dövlət büdcə layihəsinin müzakirəsi zamanı parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

O bildirib ki, Azərbaycan hökuməti dərman vasitələri ilə bağlı yeni proqram hazırlayır.

“Ümid edirik ki, ölkədə dərmanlarla bağlı problemlər öz həllini tapacaq. Təklif edirəm ki, proqramın hazırlanmasında Milli Məclisin deputatları da iştirak etsinlər”, - deyə Ə.Əmiraslanov əlavə edib.
Вернуться назад