Главная > Cəmiyyət / Manset > DTX-nin istefada olan polkovniki əhalini ictimai yerlərdə sayıq olmağa çağırıb
DTX-nin istefada olan polkovniki əhalini ictimai yerlərdə sayıq olmağa çağırıb15-11-2022, 17:44. Разместил: admin |
“Hər hansı bir şübhəli əşya və ya şəxs gördükdə vətəndaşlar hüquq-mühafizə orqanlarına məlumat verməlidirlər”. Bunu Trend-ə açıqlamasında Azərbaycan təhlükəsizlik orqanlarının və Birinci Qarabağ müharibəsinin veteranı, DTX-nin fəxri əməkdaşı, istefada olan polkovnik Azər Qarayev deyib. Onun sözlərinə görə, bütün vətəndaşlar həmişə ayıq-sayıq olmalıdırlar. “Bu gün terrora qarşı mübarizədə hüquq-mühafizə orqanları ilə bərabər, vətəndaşlar da həmişə ayıq-sayıq olmalıdırlar. Türkiyədə baş verən hadisəni diqqətlə nəzərdən keçirsək, görərik ki, Türkiyədə partlayış zamanı terrorçu çantanı insanların gur toplaşdıqları yerdə qoydu və ondan sonra partlayış baş verdi. Əgər kimsə zamanında həmin şübhəli çantanı görsəydi, dərhal hüquq-mühafizə orqanlarına məlumat verərdi və hadisənin miqyasının müəyyən mənada qarşısı alına bilərdi. Əlbəttə ki, bunlar ehtimallardır, istənilən halda həm Türkiyə, həm də Azərbaycan vətəndaşları ayıq-sayıq olmalıdırlar. Bəzən görürsən ki, yolda hər hansı bir naməlum əşya var, gənclər gəlib ona toxunur, təpikləyirlər. Belə hallara yol vermək olmaz. Azərbaycanda 1990-cı illərdə xeyli terror hadisəsi törədilib. Yəni kimsə hər hansı bir əşya görürsə, düşünməlidir ki, burada partlayıcı maddə ola bilər. Xüsusilə, insanların kütləvi olduğu yerlərdə vətəndaşlar ayıq-sayıq olmalıdırlar. Hər hansı bir şübhəli əşya və ya şəxs gördükdə vətəndaşlar hüquq-mühafizə orqanlarına məlumat verməlidirlər”, - deyə A.Qarayev əlavə edib. Вернуться назад |