Главная > Cəmiyyət > Azərbaycanda icbari sığorta şəhadətnaməsinə azı beş il müddətində əlçatanlıq təmin ediləcək

Azərbaycanda icbari sığorta şəhadətnaməsinə azı beş il müddətində əlçatanlıq təmin ediləcək


12-11-2022, 17:50. Разместил: admin
Azərbaycanda icbari sığorta şəhadətnaməsinə ən azı beş il müddətində əlçatanlıq təmin ediləcək.

“Report”un məlumatına görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “İcbari sığortalar haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunda əksini tapıb.

Qanuna edilmiş dəyişikliklə sığortaçı və İcbari Sığorta Bürosu sığortalının və ya sığorta olunanın elektron sənəd formasında olan icbari sığorta şəhadətnaməsinə ən azı beş il müddətində əlçatanlığını, habelə onu kağız daşıyıcıya keçirmək və elektron poçt ünvanına yönləndirmək imkanını təmin etməlidir.
Вернуться назад