Главная > Cəmiyyət > Türk Dünyasının “Nobel”i “Əlişir Nəvai” Beynəlxalq Mükafatı ilk dəfə təqdim olunacaq - FOTO

Türk Dünyasının “Nobel”i “Əlişir Nəvai” Beynəlxalq Mükafatı ilk dəfə təqdim olunacaq - FOTO


10-11-2022, 17:50. Разместил: admin
Türk Dünyasının “Nobel”i – “Əlişir Nəvai” Beynəlxalq Mükafatı ilk dəfə təqdim olunacaq.

Oxu.Az xəbər verir ki, Türk Dövlətləri Təşkilatının “Türk dünyasının birliyinə töhfəyə görə” Əlişir Nəvai Beynəlxalq Mükafatına ilk dəfə olaraq Qırğız xalq yazıçısı, Türk Dünyasının böyük ədibi Çingiz Aytmatov layiq görülüb.

Mükafat “Türk Dünyası Səmərqənd Zirvəsi”ndə təqdim olunacaq.

Əlişir Nəvai Beynəlxalq Mükafatı ədəbiyyatda, təsviri incəsənətdə, musiqidə, xoreoqrafiyada, teatrda, kinoda, muzey və kitabxanalarda, incəsənət və sənətkarlıq sahələrində mədəni dəyərlərin qorunub saxlanılması və yayılması üçün əsərlər yaratmaq və layihələr həyata keçirməklə, o cümlədən, türk xalqlarının böyük mədəniyyətinin təbliği, xalq sənəti və memarlıq sahələrində yüksək xidmətə görə verilə bilər.

Əlişir Nəvai Beynəlxalq Mükafatı Diplom və Fəxri Nişanından ibarətdir. Mükafat diametri 4 santimetr olmaqla 18 Karatlıq təmiz qızıldan hazırlanmışdır, son çəkisi 50 qramdır. Məhsul cəmi iki hissədən ibarətdir və təmiz ipəklə tamamlanıb.

Mükafat azərbaycanlı dizayner Adam Yunisov tərəfindən tərtib edilib. Qeyd edək ki, Adam Yunisov “Baku 2015 - Birinci Avropa Oyunları” loqosunun, “Türkiyə Cümhuriyyəti 100-cü il” loqosu, “Türk Dünyası Ali ordeni” kimi beynəlxalq arenada tanınmış bir çox məşhur dizaynların tərtibatçısıdır.

Mükafatın ümumi olaraq Türk Dünyasının böyük adı Əlişir Nəvaini simvolizə etməkdədir.

Mükafatın kənarında nümayiş etdirilən səkkizguşəli ulduz Nəvainin bütün həyatı boyu təbliğ etdiyi “türkçülük” və “türk dilçiliyi”ni əks etdirir. Əlişir Nəvai türk dilinin, ədəbiyyatının inkişafına böyük töhfə vermiş, türk sivilizasiyasının dil kimliyinin formalaşmasına təkcə gündəlik həyatda deyil, türk dövlətlərinin siyasi həyatında da güclü təsir göstərmişdir.

O, türk dilinin əsas islahatçılarından biri olub və göstərib ki, hər bir sivilizasiyanın əsası dildir. Onun sayəsində türk dili türk xalqlarının yaxınlaşma və mənəvi birlik dilinə çevrildi.

Mükafatın ətrafında halqa təşkil edən ulduzların sayı 40-dır ki, bu da Əlişir Nəvainin “Çihil (qırx) hədisini” əks etdirir.





Вернуться назад