Главная > Cəmiyyət > ASAP tərəfindən xarici ölkələrdə Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib - FOTO

ASAP tərəfindən xarici ölkələrdə Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib - FOTO


9-11-2022, 16:21. Разместил: admin
Polşanın paytaxtı Varşavada ASAP Polşa nümayəndəliyinin Zəfər Gününə həsr edilmiş tədbirində öncə “hikinq” yürüşü təşkil olunub, daha sonra Polşada yaşayan azərbaycanlı gənclər şəbəkələşmə tədbirində bir araya gələrək, zəfərdən sonra Qarabağda yenidənqurma prosesinə gənclərin cəlb edilməsi və onların xarici ölkələrdə qazandıqları təcrübənin tətbiqi ilə bağlı müzakirələr aparıblar.

Almaniyada yaşayan azərbaycanlı gənclərimiz Kölndə yerləşən Azərbaycan Mədəniyyət Evində bir araya gələrək, Zəfər Gününü qeyd ediblər. Tədbirdə Vətən müharibəsi zamanı canından keçən şəhidlərimizin əziz xatirəsi anılıb, 44 gün davam edən haqq savaşında xalq-ordu-dövlət birliyinin möhtəşəm Qələbə ilə başa çatmasının hər bir Azərbaycan vətəndaşının qəlbində böyük qürur və iftixar hissi yaratdığından, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan igidlərin qəhrəmanlıqlarından bəhs olunub. Tədbirin bədii hissəsində milli musiqilərimiz səsləndirilib və tədbir iştirakçılarına milli atributlarımız nümayiş etdirilib.

Türkiyənin Bursa və Yalova şəhərlərində Zəfər Günü ilə bağlı müxtəlif tədbirlər baş tutub. Bursa şəhərində ASAP və Bursa Azərbaycan İnnovasiya və Birlik Dərnəyinin birgə təşkilatçılığı ilə 6 noyabr tarixində Zəfər Gününə həsr edilmiş konsert proqramı keçirilib. Tədbirdə Azərbaycan və Türkiyənin milli musiqiləri səsləndirilib. Daha sonra Bursa Uludağ Universitetində Zəfər Günü ilə əlaqədar panel müzakirələri olub. Yalova şəhərində isə Zəfər Günü münasibətilə Yalova Şəhər Mərkəzində orada təhsil alan azərbaycanlı tələbələrin iştirakı ilə yürüş keçirilib. Yürüşdən sonra Yalovada yerləşən Atatürk meydanında Azərbaycanın tarixi və mədəniyyətini əks etdirən stend açılıb. Stendə yaxınlaşan şəxslərə 44 günlük Vətən müharibəsi haqqında məlumat verilib, bukletlər paylanılıb. Bundan başqa, Yalovada Xalq Tədris Konfrans zalında Vətən müharibəsinə həsr olunmuş videoçarx nümayiş olunub.





Вернуться назад