Главная > Cəmiyyət / Manset > “Şanlı zəfər dövlətimizin gücünü, xalqımızın iradəsini nümayiş etdirdi” - RƏY
“Şanlı zəfər dövlətimizin gücünü, xalqımızın iradəsini nümayiş etdirdi” - RƏY8-11-2022, 10:25. Разместил: admin |
“Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun qazandığı şanlı zəfər dövlətimizin gücünü, xalqımızın iradəsini nümayiş etdirdi”. Bunu “Report” a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Soltan Məmmədov deyib. O qeyd edib ki, bu qələbəni təmin edən şəhidlərin ailələrinə və qazilərə dövlət qayğısı sosial siyasətin prioritet istiqamətlərindəndir: “Bu günə qədər 10 mindən artıq şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilib və bu proses davamlı xarakter daşıyır. Əsas məqsəd bu kateqoriyadan olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsidir. Prezident də dəfələrlə öz çıxışlarında şəhid ailələri və müharibə əlillərinə xüsusi həssaslıqla yanaşılmasının vacibliyini vurğulayıb. Dövlət qurumları öz fəaliyyətlərində məhz Azərbaycan Prezidentinin tapşırıq və tövsiyələrini əsas tutaraq fəaliyyətini qurur. Müharibədən sonrakı dövrdə şəhid ailə üzvləri və müharibə iştirakçılarından ibarət 93 min vətəndaşa 103 min sosial ödəniş təyin edilib, 3500 nəfər mənzillə təmin olunub. Eyni zamanda “YAŞAT” Fonduna toplanan 75 milyondan artıq vəsait də bu kateqoriyaya daxil olan insanlarımızın problemlərinin həlli üçün istifadə edilir”. S.Məmmədov Azərbaycanda şəhid ailələri və müharibə iştirakçılarına xüsusi münasibətin olduğunu söyləyib: “Dövlətin həyata keçirdiyi sosial dəstək tədbirləri ilə yanaşı ayrı-ayrı vətəndaşlar, hüquqi və fiziki şəxslər də bu prosesə töhfə verməyə çalışır. Hesab edirəm ki, Azərbaycan güclü iqtisadiyyata, qüdrətli orduya malik olan dövlət olmaqla bərabər həm də sosial ədalət prinsiplərini maksimum dərəcədə təmin etməyə çalışan dövlətlərdən biridir. Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi dövlətimizin siyasətinin mərkəzində vətəndaş amili dayanır”. Вернуться назад |