Главная > Cəmiyyət > Metronun “Xocəsən” stansiyası istismara hazırlanır
Metronun “Xocəsən” stansiyası istismara hazırlanır6-11-2022, 19:46. Разместил: admin |
“Bakı Metropoliteni”nin Xocəsən qəsəbəsində ikinci elektrik deposu və yerüstü stansiyası istismara hazırlanır. Bu barədə “Bakı Metropolteni” QSC-dən bildirilib. Məlumata görə, hazırda sınaq, həmçinin abadlaşma işləri aparılır. Qeyd edək ki, “Xocəsən” metrostansiyası Bənovşəyi xəttə daxildir. Bundan əvvəl sözügedən xəttin “Avtovağzal”, “Memar Əcəmi”, “8 Noyabr” stansiyaları istifadəyə verilib. 2011-ci ildə “Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf Sxemi” təsdiq edilib. Bu sənədə görə perspektivdə Bakı metropoliteninin ümumi şəbəkəsi 3 mövcud (Qırmızı, Yaşıl və Bənövşəyi) və 2 əlavə yeni xətt (Mavi və Sarı) olmaqla, 5 xətdən, 77 stansiyadan, 6 elektrik deposundan və 120 km-ə yaxın xətlərdən ibarət olmalıdır. Вернуться назад |