Главная > Cəmiyyət > Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollegiyasının tərkibi dəyişib
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollegiyasının tərkibi dəyişib4-11-2022, 20:39. Разместил: admin |
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollegiyasının tərkibində dəyişiklik edilib. Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərarla Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollegiyasının 12 nəfərdən ibarət yeni tərkibi təsdiq edilib: Kollegiyanın sədri Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Kollegiyanın üzvləri: Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavinləri Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədri Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikası Kosmik Agentliyinin (Azərkosmos) İdarə Heyətinin sədri Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Aparatının rəhbəri Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinin direktoru. Вернуться назад |