Главная > Cəmiyyət / Manset > Fazil Məmmədovun dəfn vaxtı və yeri BİLİNDİ - YENİLƏNİB + VİDEO

Fazil Məmmədovun dəfn vaxtı və yeri BİLİNDİ - YENİLƏNİB + VİDEO


4-11-2022, 16:22. Разместил: admin
Ötən gecə Türkiyədə vəfat edən Azərbaycanın keçmiş vergilər naziri Fazil Məmmədovun nəşi bu gün ölkəyə gətiriləcək.

Bu barədə Oxu.Az-a ailə yaxınları məlumat verib.

Bildirilib ki, 58 yaşlı sabiq nazir sabah Yasamal qəbiristanlığında son mənzilə yola salınacaq.

10:24

Baku TV-nin əməkdaşları mərhum vergilər naziri Fazil Məmmədovun evinin qarşısından canlı yayıma çıxıb.

Həmin görüntüləri təqdim edirik:



09:27

Sabiq vergilər naziri Fazil Məmmədovun ölüm xəbəri təsdiqlənib.

Bununla bağlı Oxu.Az-a mərhumun yaxınları məlumat verib.

Bildirilib ki, F.Məmmədovun nəşinin Azərbaycana gətirilməsi istiqamətində tədbirlər görülür.

İlkin məlumata görə, sabiq nazir ötən gecə Türkiyədə müalicə aldığı xəstəxanada ürək çatışmazlığından vəfat edib.

09:00

Sabiq vergilər naziri Fazil Məmmədovun vəfat etdiyi iddia olunur.

Oxu.Az bildirir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.

Mərhumun nəşi bu gün Bakıya gətiriləcək.

Qeyd edək ki, F.Məmmədov 2000-2017-ci illərdə Azərbaycanın vergilər naziri olub.


Вернуться назад