Главная > Cəmiyyət / Manset > Səbuhi Əhmədovun qardaşının şəhid ailəsi statusunu alması məsələsi qanunla necə tənzimlənir? - FOTO

Səbuhi Əhmədovun qardaşının şəhid ailəsi statusunu alması məsələsi qanunla necə tənzimlənir? - FOTO


1-11-2022, 13:04. Разместил: admin
Şəhid Səbuhi Əhmədovun qardaşına şəhid ailəsi statusu verilmədi. Bu məsələ qanunla necə tənzimlənir?

Hüquqşünas Ramil Süleymanov Oxu.Az-a açıqlamasında bildirib ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər”lə bağlı qanunun 1-ci maddəsinə görə, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, itkin düşən və ölmüş hesab edilən şəxslərdir:



“Qüvvədə olan qanunvericiliyə görə, şəhid statusu ala bilən ailə üzvləri - şəhidin ata-anası, şəhidin sağ qalan həyat yoldaşı, şəhidin 18 yaşına çatmayan övladları, o cümlədən o övladlar əgər əyani formada təhsil alırlarsa, 23 yaşına qədər şəhidin ailə üzvləri hesab olunurlar. Bu səbəbdən də onlar şəhid ailəsi statusundan yararlana bilirlər.

Maraqlı nüans odur ki, şəhidin uşaq evlərində böyüməkdə olan və 18 yaşına çatmayan ata-ana himayəsindən məhrum olmuş bacı-qardaşları da 23 yaşına qədər əyani formada təhsil alırlarsa, şəhid ailəsi statusundan yararlana bilirlər. İndiki halda şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədova şəhid ailəsi statusu ilə bağlı verilən imtina cavabı qanunvericilik əsasında qanunidir. Çünki faktiki olaraq Sənan Əhmədovun yaşı 23-dən çoxdur, eyni zamanda o, yetkinlik yaşına çatmış şəxsdir”.

“Sənan Əhmədova da yeganə sağ qalmış ailə üzvü olmasından dolayı ona şəhid ailəsi statusunun verilməsi gələcəkdə digər bu qəbildən olan şəxslərindən də, o cümlədən Birinci Qarabağ müharibəsində şəhid olan soydaşlarımızın ailə üzvlərinin də belə bir qərardan yararlanaraq dövlət qurumu qarşısında iddia qaldırmasına gətirib çıxara bilər. Bu isə ciddi məhkəmə çəkişmələrinə aparar. Ona görə də hesab edirəm ki, Sənan Əhmədov bu iş üzrə şəhid statusu almamalıdır. Qanunvericilik əsasında dövlət qurumunun bu məsələ ilə bağlı verdiyi qərarı qanuni hesab edilir”, - deyə R.Süleymanov qeyd edib.
Вернуться назад