Главная > Cəmiyyət / Manset > Nazir: “Yerli kurikulumla bağlı islahatlar aparılmalıdır”

Nazir: “Yerli kurikulumla bağlı islahatlar aparılmalıdır”


31-10-2022, 13:27. Разместил: admin
“Elmlə bağlı savadlılıq səviyyəsini mümkün qədər artırmalıyıq. Bizim şagirdlərimiz elmi savadlılığa malik olmalı və bu səpkidə dəyişikliklər baş verməlidir”.

“Report”un xəbərinə görə, bunu elm və təhsil naziri Emin Əmrullayev “Beynəlxalq Kosmik Hava Təşəbbüsü: Günəş, Kosmik Hava və Geosfer” BMT/Azərbaycan beynəlxalq tədbirində çıxışı zamanı deyib.

Nazir bildirib ki, yerli kurikulumla bağlı islahatlar aparılmalı və bunun vasitəsilə araşdırma kampaniyası icra edilməlidir:

“Ənənəvi tədqiqat institutları, milli akademiya formatında fəaliyyət göstərən təsisatların gənc universitetlərlə əlaqə qurmalarına çalışırıq. Qara qızılın insan kapitalına çevrilməsi devizi ilə gənclər üçün fürsətlər yaradılıb.

Belə ki, xaricdə təhsil proqramı ilə üç mindən çox azərbaycanlı dünyanın aparıcı universitetlərində təhsil alıb, öz ölkəsinə töhfə verir. Şadam ki, mən də bu proqramın məzunu olub Azərbaycana qayıdaraq öz ölkəmə töhfə verirəm. Elm millət və irq tanımır. Nazirlik olaraq aspirantura və fəlsəfə doktoru proqramlarını icra edirik, ABŞ universitetlərinin bir neçəsi ilə əlaqə qurmuşuq. Bu səpkidə səyləri davam etdiririk. Həmçinin Azərbaycan universitetləri keyfiyyətli təhsil komponenti və kontingenti tədris edə bilir. Tərəfdaşlıq vasitəsilə yerli universitetlərin tədris və tədqiqat sahələrinin inkişafına çalışırıq”.
Вернуться назад