Главная > Cəmiyyət > Anar Bədəlov: “Bu layihə şəhərdəki sıxlığı azaldacaq” - FOTO

Anar Bədəlov: “Bu layihə şəhərdəki sıxlığı azaldacaq” - FOTO


29-10-2022, 16:49. Разместил: admin
“Dövlət dəstəkli layihənin yaranmasında məqsəd Azərbaycanda fəaliyyət göstərən inşaat şirkətlərini bir yerdə toplamaq, şəhərdəki sıxlığın aradan qaldırılması və müştəriləri bir mərkəzdə cəmləşdirməkdir. Abşeron Tikinti Materialları Mərkəzinin layihəsi 255 hektar əraziyə malik ölkənin və Cənubi Qafqazın ən böyük tikinti materialları mərkəzidir. Artıq layihənin 55 ha ərazisi tam hazırlanıb istifadəyə verilib. Burada 21 korpusdan ibarət ikimərtəbəli tam təmirli, istilik sistemli, sanitar qovşaq, 24/7 mühafizə xidməti və optik internetlə təchiz olunmuş yerlər təqdim edir. Burada 1200-ə yaxın mağaza var. Bundan başqa mərkəzdə müxtəlif cür malları saxlama qabiliyyətinə malik böyük həcmli anbarlar və “Açıq ərazi” müştərilərin xidmətinə verilir. Anbarların ümumi sahəsi 60 000 kvadratmetrdir. “Açıq ərazi”nin ümumi sahəsi 210 000 kvadratmetrdir”.

Şirkət rəhbəri qeyd edib ki, bu gün Azərbaycanda fəaliyyət göstərən özəl sektorun və sahibkarların böyük qismi paytaxt ərazisində yerləşir:

“Bunların başında fəaliyyət bölməsi tikinti sektorudur. Bilirsiniz ki, artıq uzun illərdi ki, tıxac problemi Bakıda əsas problemlərdən birinə çevrilib. Maraqlı fakt ondan ibarətdir ki, tıxac yalnız şəhərin mərkəzində və pik saatlarda deyil, hətta şəhərin istənilən yerində, istənilən saatda yaranır. Bunun ən bariz nümunəsi olaraq Bakının Ziya Bünyadov prospekti (Dərnəgül şosesi) və “Baksol yolu” deyilən ərazisidir. Bu yerlərdə böyük tikinti bazarı və digər iaşə obyektləri yerləşir. Abşeron Dəmiryolu Stansiyasından bu yerlərə hərəkət edən çoxtonnajlı yük avtomobilləri həm piyada, həm də avtomobillə hərəkət edən insanlar üçün problemlər yaradır. Bilirsiniz ki, bu ərazidə Böyükşor gölü yerləşir. Bu da bir baxımdan qeyd edilən bazarlardan çıxan toz, atılan tullantılar ekoloji mühitin korlanmasına da gətirib çıxarır. Bundan əlavə, getdikcə inkişaf edən şəhərimizin görüntüsünə də zərər vurur”.

Anar Bədəlovun sözlərinə görə, bütün bunlar, həmçinin dünya praktikası nəzərə alınaraq Bakının tıxac probleminə son qoymaq və müştərilərin daha rahat alış-veriş etməsinə şərait yaratmaq üçün 2020-ci ildə Lökbatan qəsəbəsi ərazisində Abşeron Tikinti Materialları Mərkəzi yaradılıb:

“Dövlət dəstəkli layihənin yaranmasında məqsəd Azərbaycanda fəaliyyət göstərən inşaat şirkətlərini bir yerdə toplamaq, şəhərdəki sıxlığın aradan qaldırılması və müştəriləri bir mərkəzdə cəmləşdirməkdir. Abşeron Tikinti Materialları Mərkəzinin layihəsi 255 hektar əraziyə malik ölkənin və Cənubi Qafqazın ən böyük tikinti materialları mərkəzidir. Artıq layihənin 55 ha ərazisi tam hazırlanıb istifadəyə verilib. Burada 21 korpusdan ibarət ikimərtəbəli tam təmirli, istilik sistemli, sanitar qovşaq, 24/7 mühafizə xidməti və optik internetlə təchiz olunmuş yerlər təqdim edir. Burada 1200-ə yaxın mağaza var. Bundan başqa mərkəzdə müxtəlif cür malları saxlama qabiliyyətinə malik böyük həcmli anbarlar və “Açıq ərazi” müştərilərin xidmətinə verilir. Anbarların ümumi sahəsi 60 000 kvadratmetrdir. “Açıq ərazi”nin ümumi sahəsi 210 000 kvadratmetrdir”.

Şirkət rəhbəri xüsusilə vurğulayıb ki, bazarda yerləşəcək şirkətlər ilk 6 ay icarə haqqından azad olunacaqlar:

“Bundan əlavə bildiyiniz kimi, yanvar-fevral ayı tikinti sektorunda durğunluq dövrüdür. Mərkəz olaraq bunu nəzərə alıb, bazarda fəaliyyət göstərən sahibkarlar üçün icarə haqları 50%-ə qədər güzəşt olunacaq. Müştərilərin rahatlığını təmin etmək məqsədilə isə gələcəkdə avtodayanacaq, hotel, bank şöbələri, gömrük sistemi, kafe-restoran və digər iaşə obyektlərinin inşası da planlaşdırılır”.






Вернуться назад