Главная > Cəmiyyət > Nazir yeni sədri kollektivə təqdim etdi

Nazir yeni sədri kollektivə təqdim etdi


28-10-2022, 12:48. Разместил: admin
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Rüstəmov kollektivə təqdim olunub.

Oxu.Az-ın məlumatına görə, onu kollektivə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev təqdim edib.

Qeyd edək ki, oktyabrın 26-da Prezident İlham Əliyevin imzaladığı sərəncamla Rövşən Mürvət oğlu Rüstəmov “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri təyin edilib.

Xatırladaq ki, bundan əvvəl sözügedən QSC-nin sədri Cavid Qurbanov olub.
Вернуться назад