Главная > Cəmiyyət / Manset > “Havaların soyuması koronavirusu tətikləyə bilər” - RƏY + FOTO
“Havaların soyuması koronavirusu tətikləyə bilər” - RƏY + FOTO27-10-2022, 20:07. Разместил: admin |
“Pandemiya bitməyib. Ona görə də biz öz sağlamlığımız üçün diqqətli olmalı, karantin tədbirlərinə riayət etməliyik”. Bu sözləri “Report”a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli deyib. Deputat bildirib ki, koronavirus riski hələ də var və dövlət tərəfindən karantin tədbirlərinin davam etdirilməsi soyuq havalarda riskli vəziyyətin qarşısının alınmasına kömək edəcək. O, pandemiya ilə mübarizə çərçivəsində Azərbaycanda görülən işlərdən danışıb. Deputat bildirib ki, Azərbaycanda karantinin Ümumdünya Səhiyyə Təşkilatının təlimatlarına uyğun şəkildə təşkil olunması, müalicə proseslərinin düzgün istiqamət götürməsi və o cümlədən vaksinasiya prosesində Azərbaycanın digər dünya dövlətlərinə örnək addımlar atması ölkədə epidemioloji vəziyyətin yaxşılaşmasına gətirib çıxarıb: “Bütün bunlarla yanaşı biz bir məsələni də diqqətə almalıyıq ki, havaların soyuması ilə xəstəliklərin artması ehtimalı digər xəstəliklər kimi koronavirusu da tətikləyə bilər. İnsanların vaksinasiya və keçirdikləri xəstəliklər hesabına qazandıqları müqavimət pandemiyanın kəskin fazasının sönməsinə gətirib çıxarıb”. “Lakin pandemiya bitməyib və koronavirus müxtəlif mutasiyalara uğrayaraq hələ də öz mənfur üzünü göstərməkdədir. Ona görə də biz öz sağlamlığımız üçün diqqətli olmalı, karantin tədbirlərinə riayət etməliyik”, - M.Məmmədli vurğulayıb. Qeyd edək ki, Azərbaycanda xüsusi karantin rejiminin müddəti 2023-ci il 1 yanvar saat 06:00-dək uzadılıb. Вернуться назад |