Главная > Cəmiyyət / Manset > Reabilitasiya kursu keçən müharibə əlilləri ilə növbəti görüş olub - FOTO

Reabilitasiya kursu keçən müharibə əlilləri ilə növbəti görüş olub - FOTO


27-10-2022, 17:48. Разместил: admin
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Şağan Reabilitasiya Pansionatında reabilitasiya xidmətləri göstərilən müharibə əlilləri ilə görüş keçirilib.

Görüşdə Agentliyin İdarə Heyətinin sədri Anar Bayramov, “Qarabağ qaziləri” İctimai Birliyinin üzvü, jurnalist Rey Kərimoğlu, Azərbaycan Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli və hərbi ekspert Ədalət Verdiyev iştirak edib.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun Zəfər qazandığı 44 günlük Vətən müharibəsindən sonra Nazirlik tərəfindən icra olunan genişmiqyaslı sosial dəstək proqramından bəhs olunub. Bu proqram çərçivəsində Agentliyin reabilitasiya müəssisələrində müharibə əlillərinə göstərilən reabilitasiya və sosial-psixoloji xidmətlər, eləcə də onların reabilitasiya vasitələri, o cümlədən yüksək texnologiyalı son nəsil protezlərlə təminatı sahəsində aparılan işlər diqqətə çatdırılıb.

QHT nümayəndələri müəssisədə əlilliyi olan şəxslərə, habelə müharibə əlillərinə göstərilən reabilitasiya xidməti ilə də tanış olublar.

Reabilitasiya kursu keçən müharibə əlilləri diqqət və qayğı, həmçinin keyfiyyətli bərpa-müalicə xidmətləri ilə əhatə olunduqlarını vurğulayıb, göstərilən yüksək qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.










Вернуться назад