Главная > Cəmiyyət / Manset > Azərbaycanda sabit şəbəkə telefonlarından istifadə tarifləri dəyişib

Azərbaycanda sabit şəbəkə telefonlarından istifadə tarifləri dəyişib


26-10-2022, 19:47. Разместил: admin
Azərbaycanda sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunə haqqı əhali üçün 2,5 manatdan 3,5 manata (ƏDV daxil olmaqla) çatdırılıb, şəhərlərarası telefon danışıqları üzrə tarif isə 5 qəpikdən 3 qəpiyə endirilib.

Bununla bağlı qərar Tarif Şurasının bu gün keçirilmiş növbəti iclasında qəbul edilib.

Məlumata görə, bununla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təklifləri qəbul edilib.

Qərar noyabrın 1-dən qüvvəyə minəcək.
Вернуться назад