Главная > Cəmiyyət / Manset > Onkoloq-cərrah: “Siqaret çəkən xanımlar arasında süd vəzi xərçəngi daha geniş yayılıb”

Onkoloq-cərrah: “Siqaret çəkən xanımlar arasında süd vəzi xərçəngi daha geniş yayılıb”


26-10-2022, 16:32. Разместил: admin
“Süd vəzi xərçənginin simptomları olmur”.

Bu barədə Səhiyyə Nazirliyinin canlı yayımının qonağı olan nazirliyin mütəxəssis-eksperti, onkoloq-cərrah, mammoloq Həqiqət Vəliyeva deyib.

Həkimin sözlərinə görə, xəstəlik gec mərhələlərdə hiss olunur:

“Xəstəlik ağrı vermir, şişkinlik, qızartı olmur. Qadın süd vəzisində şişi tapmaq üçün 10 il vaxt sərf etməlidir.

Siqaret və alkoqol qəbul edənlərdə bu xəstəliyə daha çox rast gəlinir. Son 4-5 il ərzində süd vəzi xərçəngi daha çox artıb. Çünki siqaret çəkən xanımların sayı artıb. Bu da birbaşa mutasiyaların baş verməsinə səbəb olur”.
Вернуться назад