Главная > Cəmiyyət > “Mingəçevir Reqatası”nda ilk günün qalibləri bəlli olub
“Mingəçevir Reqatası”nda ilk günün qalibləri bəlli olub21-10-2022, 17:00. Разместил: admin |
Avarçəkmə üzrə “Mingəçevir Reqatası”nda ilk günün qalibləri müəyyənləşib. “Report”un Mingəçevirə ezam olunmuş əməkdaşının məlumatına görə, Suqovuşanda təşkil olunan birinci mərhələdə 200 metr məsafəyə kayak və kanoe yarışlarında medalçılar müəyyənləşib. 2005-2009-cu il təvəllüdlü qızlar arasında 1 nəfərlik kanoe qayığında qazaxıstanlı Malika Tursun hamını qabaqlayıb. Moldovalı Mixaela Paskari finişə 2-ci çatıb. Azərbaycan təmsilçisi Gülnarə Həmzəyeva isə üçüncü olub. 2005-2006-cı il təvəllüdlü oğlanlar arasında 1 nəfərlik kanoe qayığında bolqarıstanlı Georgi Milev birinci yeri tutub. Vadim Baranov gümüş, Vasil Çilingərov bürünc medal qazanıb. Eyni yaş kateqoriyası üzrə 1 nəfərlik kayak yarışında Azərbaycan avarçəkəni Maarif Qarayev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Aleksey Kolobov (İtaliya) 2-ci, Denis Mençiski (Polşa) 3-cü yeri tutub. 2005-2006-cı il təvəllüdlü qızlar arasında 1 nəfərlik kayakda türkiyəli Hilal Şimşək bütün rəqiblərinə qalib gəlib. Azərbaycan avarçəkəni Darina Həsənova isə gümüş medalla kifayətlənib. 2007-2008-ci il təvəllüdlü oğlanlar arasında 1 nəfərlik kanoe qayığında moldovalı Dumitru Paskari (Moldova) qızıl, Sənan Məmmədov gümüş, gürcüstanlı Giorgi Ekaladze (Gürcüstan) bürünc medala sahib çıxıb. Bu yaş kateqoriyası üzrə qadınların 1 nəfərlik kayak yarışında türkiyəli Karvan İşılsu 1-ci, moldovalı Tatyana Karardjikova 2-ci, qazaxıstanlı Veronika Trapeznikova 3-cü yeri tutub. 2007-2008-ci il təvəllüdlü oğlanlar arasında 1 nəfərlik kayak yarışında gürcüstanlı Sandro Tezalaşvili (Gürcüstan) hamını qabaqlayıb. İsmayılzadə Riad gümüş, Arif Həsənov bürünc medal qazanıb. 2009-2010-cu il təvəllüdlü oğlanların 1 nəfərlik kayak yarışında Nihad Rəhimov qızıl medal əldə edib. Polşalı Maksim Minçinski 2-ci, bolqarıstanlı Vasil Primyov 3-cü olub. 2005-2006-cı il təvəllüdlü oğlanların iki nəfərlik kayak qayığı ilə mübarizəsində türkiyəli Taha Erkam Usta - Muhammed Emin Sulak cütlüyü 1-i yerin sahibi olub. Ramil Mustafayev - Refət Rəhimov cütlüyü gümüş, Anar İsmayılov - Fərid Məmmədov cütlüyü isə bürünc medal qazanıb. 2009-2010 təvəllüdlü qızların 1 nəfərlik kayak yarışında gürcüstanlı Mariami Giutaşvili fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Bu kateqoriyada cəmi 2 idmançı mübarizə aparıb. Bu yaş kateqoriyası üzrə oğlanların 2 nəfərlik kayak qayığı ilə yarışında İbrahim Məmmədzadə - Nihad Rəhimov cütlüyü 1-ci, Kənan Məmmədov - Vacib Babayev cütlüyü 2-ci, Ömər Qəmərli - İvan Vorobjanski cütlüyü isə 3-cü olub. Nəhayət, 2007-2008-ci il təvəllüdlü oğlanların 2 nəfərlik kayak qayığı ilə yarışında Riad İsmayılzadə - Rəşad Dadaşov cütlüyü qızıl, Sandro Tezalaşvili - Tristan Tiginaşvili (Gürcüstan) cütlüyü gümüş, Nihad Quliyev - Qiyaz Əhmədov cütlüyü isə bürünc medala sahib çıxıb Qaliblər diplom, medal və kubokla mükafatlandırılıblar. Вернуться назад |