Главная > Cəmiyyət / Manset > Bakıda dəhşət: Atası tərəfindən seksual zorakılığa məruz qalan qız özünü binadan atmaq istədi
Bakıda dəhşət: Atası tərəfindən seksual zorakılığa məruz qalan qız özünü binadan atmaq istədi19-10-2022, 16:49. Разместил: admin |
Bakıda 18 yaşlı qız intihara cəhd edib. Hadisə ötən gecə paytaxtın Nizami rayonunda baş verib. 2004-cü il təvəllüdlü E.Q. binanın 6-cı mərtəbəsinin eyvanına çıxaraq intihara cəhd edib. Hadisə yerinə cəlb edilən hüquq-mühafizə orqanlarının əməkdaşlarının köməkliyi ilə intihar cəhdinin qarşısı alınıb və 18 yaşlı qız polis bölməsinə aparılıb. İlkin araşdırmalar zamanı o bildirib ki, 8 yaşından atası tərəfindən seksual xarakterli zorakılıq əməllərinə məruz qalıb və bu səbəbdən həyatına son qoymaq istəyib. Faktla bağlı araşdırmalar davam etdirilir. Вернуться назад |