Главная > Cəmiyyət / Manset > Şagird “qırmızı kart” alarsa, hansı addımlar atılacaq?
Şagird “qırmızı kart” alarsa, hansı addımlar atılacaq?19-10-2022, 16:18. Разместил: admin |
“Məktəblərdə davranış pozuntusu edən şagirdlər psixoloqa yönləndiriləcəklər”. Oxu.Az-ın məlumatına görə, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev bildirib. Onun sözlərinə şagirdin dərsə gecikməsi, ev tapşırığını yerinə yetirməməsi birinci dərəcəli davranış pozuntusudur: “Bu hallar davam edərsə, pozuntu artıq növbəti dərəcəyə keçir”. Elnur Əliyev qeyd edib ki, məktəblərdə davranış pozuntusu edənlərə qarşı “sarı”, “narıncı” və “qırmızı” xəbərdarlıq kartları təqdim ediləcək: “Sarı xəbərdarlıq məktubu valideynə göndərilir və şagirdin şəxsi işinə qoyulur. Şagird davamlı olaraq “qırmızı kart” alarsa, hüquqi proses başlanır. Bu zaman yerli icra hakimiyyəti orqanlarında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya üzvləri prosesə cəlb olunacaqlar. Şagird davranış qaydalarında pozuntular həm də qanunaziddirsə, bu zaman proses qanunvericiliyə uyğun olacaq”. Вернуться назад |