Главная > Cəmiyyət / Manset > “Yaxın aylarda virusa yoluxanların sayı artacaq” - İnfeksionistdən AÇIQLAMA + FOTO

“Yaxın aylarda virusa yoluxanların sayı artacaq” - İnfeksionistdən AÇIQLAMA + FOTO


17-10-2022, 19:25. Разместил: admin
Artıq payız fəslini yaşayırıq. Mütəxəssislər hesab edirdilər ki, payızda koronavirusun yeni dalğaları yaranacaq və yoluxanların sayında artım müşahidə olunacaq. Lakin yoluxma sayı ikirəqəmlilər üzərindədir. Koronavirus epidemiyası sanki sona çatmaq üzrədir. Hər gün açıqlanan statistikadan da bunu müşahidə edirik. Son statistikaya əsasən, ölkədə 61 yeni yoluxma faktı qeydə alınıb, 63 nəfər isə sağalıb. Ölkədə aktiv koronaviruslu xəstə sayı isə 439-dur.

Mütəxəssislər payız-qış aylarında koronavirusa yoluxma ehtimalının daha çox olduğunu bildirirlər. Onlar yoluxma sayının artmasını istilik mövsümünün başlanması və insanların qapalı məkanlarda vaxt keçirməsi ilə də əlaqələndirirlər. Bununla yanaşı, ümumiyyətlə payızda təkcə koronavirusa yox, başqa respirator infeksiyalara da yoluxma çoxalacaq.

Bəs görəsən, qarşıdakı aylarda bizi nə gözləyir? Doğurdanmı oktyabr-noyabr aylarında yeni bir epidemiya dalğası gözlənilir?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən infeksionist Mərdan Əliyevin sözlərinə görə, yoluxanların sayı enməyə doğru gedir:



“Yoluxma sayında vəziyyət normaldır. Düşməyə doğru gedir. Belə olmasının da səbəbləri var. İnsanlar bu xəstəliyi qrip formasında yüngül keçirir, buna görə də həkimə müraciət etmirlər. Ev şəraitdə müalicə alırlar. Bu da statistikaya öz təsirini göstərir. Bu, müsbət haldır. Statistik göstəricilərin aşağı olması həqiqətən də bizdə koronovirus infeksiyasına yoluxanlar arasında azalma olduğunu göstərir”.

M.Əliyev qeyd edib ki, kollektiv immunitetin formalaşması da öz təsirini göstərir:

“Yay mövsümündə yoluxam sayında bir qədər artım müşahidə olunurdu. İmmun sistemi zəif olanlar yenidən virusa yoluxdular. Bu da kollektiv immuniteti gücləndirdi. Hazırda epidemioloji vəziyyət yaxşıdır. Avropa ölkələrində yenidən artım müşahidə edilir. Bizdə də gözləniləndir.

Yeni ştammların yaranması gözlənilmir. Yeni ştammların ortaya çıxması daha çox sürətli yoluxma dövründə müşahidə edilir. Hazırda əvvəlki yoluxma sürəti yoxdur. Bunun meydana çıxması ehtimalı azdır”.

İnfeksionist qeyd edib ki, artıq pandemiyanın sonuna yaxınlaşırıq:

“Artıq kollektiv immunitet formalaşıb. Heç bir karantin qaydası olmadan yoluxma sayında azalma müşahidə olundu. Bu da onu göstərir ki, koronavirusla bağlı problem yoxdur. Pandemiyanın sonuna yaxınlaşırıq.

Qış mövsümündə bir qədər artma müşahidə oluna bilər. Dünya ölkələrində də artımlar var. Yaxın bir- iki ay ərzində artımlar gözlənilir. Ondan sonra virus tamamilə yox olacaq”.
Вернуться назад