Главная > Cəmiyyət > Kəmaləddin Heydərov türkiyəli həmkarlarına başsağlığı verdi
Kəmaləddin Heydərov türkiyəli həmkarlarına başsağlığı verdi17-10-2022, 14:00. Разместил: admin |
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Türkiyənin Bartın vilayətindəki mədəndə baş vermiş partlayışla əlaqədar qardaş ölkədən olan həmkarları – Türkiyənin daxili işlər naziri Süleyman Soylu və Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) rəhbəri Yunus Sezerə başsağlığı məktubları göndərib. Ətraflı Bu barədə FHN-dən “Qafqazinfo”ya daxil olan məlumatda bildirilir. Nazir Bartın vilayətindəki mədəndə baş vermiş partlayış nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması ilə əlaqədar başsağlığını çatdırıb, yaralananların tezliklə sağalmasını arzuladığını bildirib. Вернуться назад |