Главная > Cəmiyyət / Manset > Ekspert: “Azərbaycanda ölüm sayı kəskin artıb” – FOTO

Ekspert: “Azərbaycanda ölüm sayı kəskin artıb” – FOTO


15-10-2022, 17:34. Разместил: admin
“Azərbaycanda əhalinin təbii artımı və doğulanların sayı kəskin şəkildə azalır”.

Bunu “Qaynarinfo”ya açıqlamasında iqtisadçı ekspert Vahid Məhərrəmov deyib.

O, ölənlərin sayının sürətlə artdığını deyib:

“9900 nəfər koronavirusdan dünyasını dəyişib, 2020-ci ildə isə 3 min şəhid vermişik, statistikaya bu da salınıb. Son iki ili götürəndə əvvəlki iki illə müqayisədə ölüm halları 26 mindən çox olub”.



Ekspertin sözlərinə görə, mənzillərdə kimsəsiz ölənlərin sayı bu statistikaya salınmayıb: “Mətbuatdan məlumat alırıq ki, hansısa mənzildə adam ölü tapılıb. Çoxlu sayda belə məlumatlar var, amma bu kimi ölümlərin statistikası aparılmır. Kəndlərdə ümumiyyətlə, belə ölümlərlə bağlı məlumat verilmir”.



Vahid Məhərrəmov həyat vəziyyətinin ağır olması ilə bağlı ailələrin dünyaya uşaq gətirmək istəmədiyini vurğulayıb: “Dünyaya uşaq gətirmək böyük xərc tələb edir. Bir uşağın Bakı şəhərində uşaq bağçasında saxlanılması üçün 500-600 manat tələb olunur. Gəlir yoxdursa, ana-ata nə etməlidir? Ona görə də ailələr uşaq istəmirlər”.
Вернуться назад