Главная > Cəmiyyət / Manset > Xırdalanda uşağı döyüb, küçəyə qovan ata və ana valideynlik hüququndan məhrum ediləcəklər? - YENİLƏNİB + FOTO

Xırdalanda uşağı döyüb, küçəyə qovan ata və ana valideynlik hüququndan məhrum ediləcəklər? - YENİLƏNİB + FOTO


8-10-2022, 19:49. Разместил: admin
“Bir neçə qanun pozuntusu var. Ana uşağın tərbiyəsi üçün məsuliyyət daşıyır. Evdəki kişinin də atası olub-olmadığı bilinmir. Həmin şəxs də uşağı döyübsə, məsuliyyətə cəlb oluna bilər. Xəsarətin dərəcəsindən asılı olaraq cinayət işi açıla bilər. Xəsarət dərəcəsi yoxdursa, onda inzibati məsuliyyətə cəlb oluna bilər”.

Bunu Xırdalanda uşağa işgəncə verərək gecəyarısı evdən qovduğu iddia olunan valideynlərin məsuliyyəti barədə Oxu.Az-a şərhində hüquqşünas Əsabəli Mustafayev deyib.


“Baxımsızlıqla bağlı ana məsuliyyətə cəlb oluna bilər. Araşdırma aprılmalıdır. Valideynlər uşağın həyatına nə qədər təhlükə yaradıblarsa, məsuliyyət daşıyırlar. Valideynlər uşağın həyatını qorumağa borcludurlar. Valideynlik borcunu yerinə yetirmədiklərinə görə onlar məsuliyyət daşıyacaqlar.



Ola bilər ki, ata və ana boşanıblar, qadın ayrı bir kişi ilə yaşayır. Əgər atanın da bu olanlardan xəbəri varsa, məsuliyyət daşıyacaq. Ananın narkotik vasitələrlə əlaqəsi varsa, narkotik maddələrin əldə olunması və saxlanması ilə bağlı məsuliyyətə cəlb olunacaq”, - hüquqşünas qeyd edib.

Onun sözlərinə görə, valideynlərin, ən birinci də qadının, əməllərində bir neçə cinayət tərkibi var:

“Döyülmə, uşağın həyatını təhlükədə qoyma və narkotik vasitələrdən istifadə ilə bağlı cinayət işi açıla bilər. Uşaq sığınacağa yerləşdirilməlidir. Valideynlərin əməllərində cinayət məsuliyyəti varsa, uşaq evinə yerləşdirilməlidir. Uşaq evinə yerləşdirilən uşağın ata və anası valideynlik hüququndan məhrum edilirlər”.

12:34

Oktyabrın 6-da ata və ananın xəsarət yetirərək, gecəyarısı küçəyə atdıqları uşaq nəzarətə götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Oxu.Az-a bildirib ki, hadisə ilə bağlı araşdırma aparılır:

“Faktla bağlı Abşeron Rayon Polis İdarəsində təhqiqat araşdırmaları aparılır. Uşağın aldığı xəsarətlərin səbəbini və dərəcəsini müəyyənləşdirmək üçün məhkəmə tibbi ekspertizası təyin olunub. Uşaq hazırda polis nəzarətindədir və tam təhlükəsizlikdədir. Araşdırmalar davam etdirilir”.
Вернуться назад