Главная > Cəmiyyət / Manset > İstiliklə bağlı tariflər arta bilər? - Qurum rəsmisi AÇIQLADI + FOTO

İstiliklə bağlı tariflər arta bilər? - Qurum rəsmisi AÇIQLADI + FOTO


7-10-2022, 14:49. Разместил: admin
“Əhali qrupunun sayğaclaşdırılması hazırda gündəmimizdə deyil, gələcəkdə bəlkə gündəmə gələ bilər”.

Bunu “Azəristiliktəchizat” ASC-nin sədrinin islahatlar üzrə müşaviri Ramil Məhərrəmov deyib.

“Bizim gündəmimizdə tariflər məsələsi də yoxdur. Onun dəyişdirilməsi bizim səlahiyyətimizdə deyil. Bu məsələyə Tarif Şurası baxa bilər. İstilik dağ rayonlarına 1 noyabrdan, digər ərazilərdə isə 15 noyabrdan veriləcək”.

Qeyd edək ki, bir kvadratmetr yaşayış yeri üçün istilik xidmətinin qiyməti əhali qrupuna 15 qəpik, qeyri-əhali qrupu üçün 25 qəpik müəyyənləşib

PhotoStock.az-ın tədbirdən lentə aldığı görüntüləri təqdim edirik:




Вернуться назад