Главная > Cəmiyyət / Manset > Şöbə rəisi: “Xocavənddə aşkarlanan kütləvi məzarlıqdakı sümüklər hərbçilərimizə məxsusdur” – YENİLƏNİB + FOTO
Şöbə rəisi: “Xocavənddə aşkarlanan kütləvi məzarlıqdakı sümüklər hərbçilərimizə məxsusdur” – YENİLƏNİB + FOTO4-10-2022, 15:19. Разместил: admin |
“Xocavənddə aşkarlanan kütləvi məzarlıqda olan skelet sümükləri hərbçilərimizə məxsusdur”. Bunu jurnalistlərə açıqlamasında məhkəmə tibbi kriminalistika şöbə rəisi Nuranə Hüseynova deyib. O qeyd edib ki, Azərbaycan xalqı ermənilərin törətdikləri minlərlə faciə, terror, kütləvi qırğınlarla üzləşib. “Hazırdan Xocavəndin Edilli kəndindəyik. Burada 3 sahə aşkar edilib. Birinci və ikinci sahədə ümumi 6 skelet sümüyü, üçüncü sahədə isə 12 skelet sümüyü aşkar olundu. Bu sümüklər hərbçilərimizə məxsusdur. Skelet sümükləri üzərində geyimlər, ayaqqabılar, bıçaq, siqarət kötüyü, güllələr, patronlar var. Sümüklər qablaşdırılaraq müayinə üçün məhkəmə tibbi kriminalistika şöbəsinə göndəriləcək”, - deyə o əlavə edib. 13:52 Xocavəndin Edilli kəndində daha bir kütləvi məzarlıq aşkarlanıb. APA-nın Qarabağ bürosunun xəbərinə görə, məzarlıqda 12 nəfərin qalıqları üzə çıxıb. Əşyalarla birlikdə aşkarlanan skeletlərin geyimlərindən hərbçi olduqları bilinir. Bundan başqa, skeletlərin əlləri və ayaqlarının məftil və kəndirlə bağlandığı məlum olub. Hazırda müvafiq qurumların nümayəndələri və KİV təmsilçiləri kütləvi məzarlığa baxış keçirir. Qeyd edək ki, bu ilin fevral ayında da Xocavəndin Edilli kəndində kütləvi məzarlıq aşkarlanmışdı. Вернуться назад |