Главная > Cəmiyyət > Kamran Əliyev: “Azərbaycanda fərarilik cinayətləri qeydə alınmayıb”

Kamran Əliyev: “Azərbaycanda fərarilik cinayətləri qeydə alınmayıb”


1-10-2022, 15:10. Разместил: admin
“Silahlı Qüvvələrdə nizam-intizamın, qanunçuluq və hüquq qaydasının daha da möhkəmləndirilməsi istiqamətində hərbi prokurorluq orqanları ilə Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər dövlət qurumları arasında sağlam və işgüzar əlaqələrin qurulması nəticəsində son illər ölkədə hərbi xidmət əleyhinə olan cinayətlərin və hərbi qulluqçular tərəfindən törədilən digər cinayətlərin sayının əhəmiyyətli dərəcə da azalması, fərarilik cinayətinin isə demək olar ki, ümumiyyətlə qeydə alınmaması müşahidə edilməkdədir”.

Oxu.Az xəbər verir ki, bu barədə Baş Prokuror Kamran Əliyev “Azərbaycan” qəzetinə müsahibəsində məlumat verib.

O bildirib ki, Ermənistan silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən xalqımıza qarşı törədilən sülh və insanlıq əleyhinə olan, müharibə, terrorçuluq, qəsdən adam öldürmə və digər cinayət faktları ilə bağlı Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə istintaq olunan cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Вернуться назад