Главная > Cəmiyyət / Manset > Səbuhi Əhmədovun qardaşına deputat şəhid ailəsi statusu istədi
Səbuhi Əhmədovun qardaşına deputat şəhid ailəsi statusu istədi30-09-2022, 17:18. Разместил: admin |
“Sentyabr döyüşlərində şəhid olan Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədova deyirlər ki, sən şəhid ailəsi deyilsən”. Oxu.Az-ın məlumatına əsasən, bunu Milli Məclisin iclasında deputat Aqil Abbas deyib. “Bu, nə deməkdir? Ona deyirlər ki, şəhid ailəsi deyilsən və ona ev vermirlər. Şəhid və qardaşı uşaq evində böyüyüblər. Şəhidimizin bir qardaşı var. Onun ailəsi elə odur. Niyə o şəhid ailəsi hesab olunmasın? Niyə ona imtiyaz verilməsin?”, - deyə Aqil Abbas əlavə edib. Aqil Abbas qeyd edib ki, məsələ diqqətdə saxlanılmalıdır. Qeyd edək ki, şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ona vermək istədiyi birotaqlı mənzildən imtina edib. Sənan Əhmədov bildirib ki, ailə üzvlərinin sayına görə bu təklifə rədd cavabı verib: “Dedilər ki, sizə birotaqlı ev veriləcək. Dedim ki, qardaşım evə görə döyüşməyib. O yaşasaydı, dekabr ayına qədər mənzil alacaqdıq. Amma mən bugünkü gün utana-utana yataq otağında qonaq qəbul edə bilmərəm. Mənim qızım və həyat yoldaşım var. Hətta mənim kirayə qaldığım evdə belə, qonaqları qəbul etmək üçün zal var. Onlar da dedilər ki, sənə ikiotaqlı ev təklif edə bilmərik. Qeyd etdilər ki, o birotaqlı evi də sənə internat məzunu olduğun üçün veririk. Onlar bildirdilər ki, sən şəhid ailəsi sayılmırsan. Onun ailəsi mən deyiləmsə, kim idi? O mənimlə qalırdı. Bizim bir-birimizdən başqa kimsəmiz yoxdur. Onlara bu haqda da məlumat verdim. Onlar dedilər ki, qanun belədir, qardaş ailə hesab olunmur”. Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın sentyabrın 12-13-də törətdiyi təxribatın qarşısını alarkən şəhidlik zirvəsinə ucalan Səbuhi Əhmədova “şəhid”, onun ailəsinə isə “şəhid ailəsi” statusu verilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunmaq üçün arayış verib. Bildirilib ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən gizir Əhmədov Səbuhi Fuad oğlu “şəhid”, onun ailəsi isə “şəhid ailəsi” hesab edilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyindən verilən açıqlamada Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovun şəhid ailəsi statusuna aid olmadığı bildirilmişdi. Вернуться назад |