Главная > Cəmiyyət / Manset > TƏBİB-dən Rəhim Rəhimlinin ölüm səbəbi ilə bağlı AÇIQLAMA - YENİLƏNİB + FOTO/VİDEO

TƏBİB-dən Rəhim Rəhimlinin ölüm səbəbi ilə bağlı AÇIQLAMA - YENİLƏNİB + FOTO/VİDEO


30-09-2022, 13:17. Разместил: admin
Bəstəkar-müğənni Rəhim Rəhimli kəskin ağciyər, ürək çatışmazlığından vəfat edib.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin müdiri Zamirə Ədilova bildirib.

Onun sözlərinə görə, Rəhim Rəhimlinin halının qəflətən pisləşməsi səbəbindən 30.09.2022-ci il tarixində saat 01:30 radələrində TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırış daxil olub:

“Həkim briqadası tərəfindən ifaçıya zəruri tibbi yardımlar göstərilsə də, R.Rəhimli kəskin ağciyər, ürək çatışmazlığından vəfat edib.

İfaçının yanaşı ağır xəstəlikləri - qaraciyər sirrozu və kardiomiopatiyası da olub”.







Вернуться назад