Главная > Cəmiyyət / Manset > Yaxın vaxtlarda Şuşa, Ağdam və Cəbrayılda tikilən məktəblər istifadəyə veriləcək

Yaxın vaxtlarda Şuşa, Ağdam və Cəbrayılda tikilən məktəblər istifadəyə veriləcək


27-09-2022, 14:19. Разместил: admin
“İşğaldan azad edilən ərazilərimizdə yeni məktəblər tikilir”.

Oxu.Az xəbər verir ki, bunu təhsil nazirinin müavini Firudin Qurbanov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Zəngilanda inşa edilən məktəbdə artıq ilk tədris ilinə başlanıldı:

“Yaxın vaxtlarda Şuşada, Ağdamda, Cəbrayılda da tikilən yeni məktəb binaları istifadəyə veriləcək”.

O qeyd edib ki, 600-ə yaxın abidə, mədəniyyət ocağı, 1000-ə yaxın təhsil müəssisəsi dağıdılıb:

“Bu istiqamətdə və təhsil sahəsində yeni layihələr həyata keçirilir. Bu günləri bizə qismət edən şanlı ordumuz və ordumuzun şəhid olan mənsublarıdır. Allah şəhidlərə rəhmət eləsin”.
Вернуться назад