Главная > Cəmiyyət > Bakıda mobil postların sayı artırılır - VİDEO
Bakıda mobil postların sayı artırılır - VİDEO2-08-2020, 09:26. Разместил: azadses |
Karantin rejimi qaydalarına nəzarət məqsədi ilə şəhər ərazisində mobil postlarda yoxlamalar davam edir. Reydlər zamanı həm sürücülər, həm də küçələrdə insanların karantin qaydalarına riayət etmələrinə polis əməkdaşları ciddi nəzarət edirlər. İcazəsiz çıxan sürücü və sərnişinlər cərimə olunur. Mobil postlar paytaxtın müxtəlif küçələrində qurulur və bütün nəqliyyat vasitələrinin sürücü və sərnişinləri yoxlanır. İstər piyadaların, istərsə də sürücülərin hər birinin icazəsinə elektron sistem vasitəsilə nəzarət olunur. Ötən həftələrdən fərqli olaraq postlar daim eyni yerdə təşkil edilmir. Mütəmadi olaraq polis postlarının yerləri dəyişdirilir. Postlar həm əsas prospektlərdə, həm də ikinci dərəcəli yollarda qurulur. Bura paytaxtın Xətai rayonu Afyəddin Cəlilov küçəsidir. Yoxlama prosesi sürətlə aparıldığından yollarda tıxaca səbəb olmur. Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşları yoxlama zamanı aşkar etdilər ki, xüsusi icazəsi olan və 8103-ə sms yazıb çıxan şəxslər çoxluq təşkil edir. Amma icazəsiz küçələrə çıxan sürücü və sərnişinlərə də rast gəlindi. Yol polisi həmin şəxsi inzibati qaydada 200 manat məbləğində cərimə etdi. Cərimənin yazılmasına etiraz edənlər avtomobillə ərazidən uzaqlaşmaq istəsələr də polis onları saxladıb protakolu təqdim etdikdən sonra hərəkətlərinə icazə verildi. Bu sürücünün isə sms icazəsi var. Amma onun yanında olan sərnişin ər arvadın icazəsi olmadığından polis onları da cərimə elədi. Polis qadına da kişiyə inzibati qaydada 200 manat məbləğində cərimə yazdı. Bayram günləri olmasına baxmayaraq rayon polis idarələrinin və çevik polis alayının əməkdaşları şəhər ərazisində piyadalara qarşı da nəzarəti artırıblar. Hər addımbaşı rast gəlinən şəxslər saxlanır, sürətli şəkildə onların icazələrinin olub-olmaması yoxlanır. Piyadalar yoxlanarkən icazəsiz küçəyə çıxana rast gəlinmədi. Görünən odur ki, piyadalar, avtomobillə hərəkət edənlərdən daha məsuliyyətlidirlər. Bu səbəbdən də Bakı Şəhər Dövlət Yol Polis əməkdaşları həftənin birinci günündən etibarən paytaxtın bütün ərazilərində mobil postların sayını artırmağı planlaşdırırlar. Təbii ki, bütün bunlar əhalinin təhlükəsizliyini və sağlamlığını təmin etmək üçün nəzərdə tutulub. Вернуться назад |