Главная > Cəmiyyət / Manset > Gələn ilin və sonrakı üç ilin büdcə layihəsi Prezidentə təqdim ediləcək – QƏRAR
Gələn ilin və sonrakı üç ilin büdcə layihəsi Prezidentə təqdim ediləcək – QƏRAR24-09-2022, 18:13. Разместил: admin |
Baş nazir Əli Əsədov Azərbaycan Respublikasının 2023-cü il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, Azərbaycan Respublikasının 2023-cü il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri haqqında qərar imzalayıb. Oxu.Az-ın məlumatına görə, qərarda bildirilib ki, “Azərbaycan Respublikasının 2023-cü il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri” və “Azərbaycan Respublikasının 2023-cü il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri” bəyənilsin. Sənədə görə, Qərarın 1-ci hissəsində qeyd edilən layihələr “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində nəzərdə tutulan digər sənədlərlə birlikdə Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməlidir. Вернуться назад |