Главная > Cəmiyyət > Azərbaycanın daha 42 vətəndaşı Qazaxıstandan ölkəmizə göndərildi
Azərbaycanın daha 42 vətəndaşı Qazaxıstandan ölkəmizə göndərildi1-08-2020, 22:47. Разместил: azadses |
COVID-19 pandemiyası dövründə xaricdəki Azərbaycan vətəndaşlarının ölkəyə gətirilməsi davam etdirilir. Azərbaycan hökuməti koronavirus (COVID-19) pandemiyasının yayılma təhlükəsi səbəbindən sərhədlərin bağlanmasına görə müvəqqəti olaraq (xidməti və şəxsi səfərlərlə əlaqədar) Qazaxıstanda qalmış daha 42 vətəndaşı ölkəmizə təxliyə edib. Azad Səs Qafqazinfo-ya istinadən xəbər verir ki, Azərbaycanın Aktaudakı baş konsuluğundan AzərTAc-a verilən məlumata əsasən, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Merkuri” bərə gəmisi ilə yola salınan vətəndaşların hamısı COVID-19 testindən keçiblər. Ümumilikdə bu günə qədər baş konsulluq vasitəsilə Aktau limanından gəmi ilə 107 nəfər Vətənə göndərilib. Azərbaycana təxliyə olunmağı gözləyən vətəndaşların baş konsulluqda qeydiyyatı davam etdirilir. Вернуться назад |