Главная > Cəmiyyət > "Cem Yılmazın konsertinə 700 manat verə biliriksə, niyə kasıblıqdan gileylənirik, mitinqə gedirik?" — Nadir Qafarzadədən SƏRT AÇIQLAMALAR

"Cem Yılmazın konsertinə 700 manat verə biliriksə, niyə kasıblıqdan gileylənirik, mitinqə gedirik?" — Nadir Qafarzadədən SƏRT AÇIQLAMALAR


18-11-2019, 15:20. Разместил: azadses
Nadir Qafarzadə Cem Yılmaza "qıjı" deməsinə aydınlıq gətirib.
Müğənni ''Ölkə.Az''ın əməkdaşı ilə söhbətində bildirib ki, əgər insanlar 700 manata bilet alıb konsertə gedə bilirlərsə, kasıblıqdan gileylənməməlidirlər:
''Mən Cem Yılmazı ümumiyyətlə, tanımıram. Ölkəmizdə reklam olandan sonra tanımışam. Evimdə bizim telekanallara baxan yeganə insan mənəm. Deyə bilərəm ki, yeni nəsildən heç kimi tanımıram. Çünki mənə maraqlı da deyil. Mən öz sözünü demiş sənətçiləri yaxşı tanıyıram. Məsələn, Aydan Şener, Türkan Şoray kimi sənətkarları.  Cem Yılmaz barəsində  pis heç nə demirəm. Sadəcə, başa düşə bilmirəm ki, axı, nəyə görə onun kimiləri gətirirlər stand-up üçün?  Onun kimilər bizim cəmiyyəti maarifləndirmir. Savadımızı, biliyimizi artırmır. Düşünürəm ki, ölkəyə daha sanballı insanlar gəlməlidir. Bizim öz komediya aktyorlarımızdan Fərda Xudaverdiyev, Müşviq Abbasov var. Mənim fikrimcə, başqalarına ehtiyac yoxudur. Bizim əhali əgər 700 manat verib, Cem Yılmazın stand-up şousuna gedirsə, deməli, ölkəmizdə hər şey yaxşıdır. Həmin insanlar şikayət etməsinlər ki, biz pis yaşayırıq. Mitinqlər keçirməsinlər.  Düşünürəm ki, 700-800 manat az məbləğ deyil. Hansısa müəllimin, hansısa elm adamının 2 aylıq əmək haqqıdır''  
N.Qafarzadə əməkdaşımızın ''nəyə görə öz sənətkarlarımıza bu qədər qiymət verməyənlər əcnəbi sənətçilərə pərəstiş edirlər?'' sualına sənətçi belə cavab verib:
''Bizdə həmişə belə olub. Bizim öz jurnalistlərimiz - təbii ki, hamısına şamil olunmur - öz sənətkarlarımızı ömür boyu tənqid ediblər. Heç öz sənətkarlarımızın təqdimatlarına getmirlər. Mən təkcə Cem Yılmazı nəzərdə tutub demirəm. Ümumiyyətlə, bizim ölkəmizdə əcnəbi qonaqlara, sənətkarlara pərəstiş çox güclüdür. Özlərini elə aparırlar ki, sanki onlar göydən düşüb. Əcnəbidirlər deyə əlçatmazdılar. Bəlkə də qonaq gələn həmin insanlar ölkələrində heç o qədər önəm daşımırlar. Lakin elə olmamalıdır. Əvəlcə evin içi sonra başqaları. Mən demirəm biz gələn qonağı pis qarşılayaq. Lakin özümüzə də hörmət edək. Kimisə göylərə qaldıranda, özümüzü alçaldmayaq. Mən istəmirəm ki, bizim milləti başqa ölkədə yaltaq kimi tanısınlar''.


Вернуться назад