Главная > Cəmiyyət / Manset > Şəhid Səbuhinin qardaşının videosu ilə bağlı - Rəsmi açıqlama

Şəhid Səbuhinin qardaşının videosu ilə bağlı - Rəsmi açıqlama


16-09-2022, 16:14. Разместил: admin
Baş Prokurorluq şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovun sosial şəbəkələrdə yayılan videosu ilə bağlı məlumat yayıb.

“Qafqazinfo”nun sorğusuna cavab olaraq Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, dünən qeyd edildiyi kimi, şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovun 1-ci videoda səsləndirdiyi fikirlərlə bağlı hazırda prokurorluq orqanları tərəfindən araşdırma aparılır: “Eyni zamanda, Sənan Əhmədovun sosial mediada yayılmış 2-ci videoda göstərdiyi xüsusatlar tam və hərtərəfli araşdırılır.

Nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

Media nümayəndələri və sosial şəbəkə istifadəçilərindən xahiş edirik ki, bu həssas mövzu ilə bağlı dəqiqləşdirilməmiş məlumatların yayılmasına yol verilməsin”.



Вернуться назад