Главная > Cəmiyyət / Manset > Şəhid Turxan Süleymanov Daşkəsəndə dəfn olunub - FOTO

Şəhid Turxan Süleymanov Daşkəsəndə dəfn olunub - FOTO


16-09-2022, 17:13. Разместил: admin
Ermənistanın təxribatı nəticəsində şəhid olan Turxan Süleymanov torpağa tapşırılıb.

“Report”un Qərb bürosunun məlumatına görə, 2002-ci il təvəllüdlü Turxan İdris oğlu Süleymanovun nəşi ailəsinin yaşadığı Daşkəsən rayon Quşçu kəndinə aparılıb.

Şəhid Daşkəsəndə Şəhidlər xiyabanında dəfn edilib.

Dəfn mərasimində şəhidin yaxınları, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları və sakinlər iştirak edib.

Şəhid böyük izdihamla torpağa tapşırılıb.




Вернуться назад