Главная > Cəmiyyət / Manset > BDU məzunu olan Azərbaycan Ordusunun şəhid leytenantı Gəncədə dəfn olundu - YENİLƏNİB + FOTO

BDU məzunu olan Azərbaycan Ordusunun şəhid leytenantı Gəncədə dəfn olundu - YENİLƏNİB + FOTO


14-09-2022, 20:28. Разместил: admin
Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində şəhid olan zabit Erkin Hüseynov Gəncə şəhər Şəhidlər Xiyabanında dəfn edilib.

“Report”un məlumatına görə, 1998-ci il təvəllüdlü Hüseynov Erkin Ədalət oğlu ilə ailəsinin yaşadığı evin önündə vida mərasimi keçirilib.

Vida mərasimində şəhidin yaxınları, İcra Hakimiyyətinin əməkdaşları, ictimaiyyət nümayəndələri, sakinlər iştirak edib.

Mərasimdən sonra şəhid Gəncə şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

11:32

Ermənistanın genişmiqyaslı təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olanlar arasında Bakı Dövlət Universitetinin (BDU) məzunu Hüseynov Erkin Әdalәt oğlu da var.

Bu barədə BDU məlumat yayıb.

Belə ki, Erkin Hüseynov BDU-nun Sosial elmlər və psixologiya fakültəsini bitirib. O, 2016-2020-ci illərdə Fəlsəfə ixtisası üzrə təhsil alıb.




Вернуться назад