Главная > Cəmiyyət / Manset > Sərhəddəki TOQQUŞMA: KTMT hansı səbəblərə görə İrəvana “get dərdinə çarə qıl” deyir? - ŞƏRH
Sərhəddəki TOQQUŞMA: KTMT hansı səbəblərə görə İrəvana “get dərdinə çarə qıl” deyir? - ŞƏRH13-09-2022, 17:41. Разместил: admin |
Rusiyanın patronajlığı altındakı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Azərbaycan-Ermənistan sərhədindəki genişmiqyaslı toqquşmanı şərh edib. Bəyanatda güc tətbiqinə qarşı bir tövr sərgilənib və ziddiyyətlərin həlli üçün Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları üçtərəfli bəyanatlardan, diplomatik, siyasi üsullardan istifadənin vacibliyi diqqətə çatdırılıb. KTMT-nin şərhindəki “şifrə”ləri qırsaq, bu qənaət möhkəmlənir ki: 1. Qurum konkret olaraq sərhəddəki toqquşmanın özünün müdaxiləsi üçün əsas yaratmadığını söyləyir; 2. Ermənistan, həqiqətən də, KTMT-nin özü üçün lazımsız bir dövlətə çevrilib və KTMT ailəsinin içərisində belə, zərrə qədər nüfuza malik deyil; 3. KTMT Azərbaycanın diplomatiyası və Cənubi Qafqazdakı güc nisbətindəki üstün mövqedə durması səbəbilə Ermənistanın xeyrinə işləyə biləcək hərbi-siyasi sərmayələrdən qaçır. KTMT, əslində, kollektiv səylərdən də uzaqdır, təşkilat yalnız bu ilin yanvarında Qazaxıstandakı hadisələrə müdaxilə ilə yadda qalıb, üstəgəl dünya nizamının orbitindən çıxarılması uğrunda mübarizə getdiyi zamanda özünü riskə atmaq istəmir. Azərbaycan-Ermənistan münasibətlərinin sərhəddəki təzahürləri KTMT üçün yüksək riskli, mürəkkəb münaqişə zonası kimi xarakterizə edilmir, çünki rəsmi Bakının qeyd etdiyi kimi, müharibə bitib və Cənubi Qafqaz üfüqlərində yeni reallıqlar zühur edib. KTMT-nin daxilində də vəziyyət ürəkaçan deyil, belə ki, Tacikistanla Qırğızıstanın özünün sərhəd münaqişəsi var, Qazaxıstan Rusiyanın Ukraynada apardığı müharibəyə dəstək vermir və Azərbaycanla münasibətlərdə yeni mərhələ formalaşdırır. Belarus isə Moskvaya müttəfiq olsa da, Azərbaycanla münasibətlərin korlanmaması üçün Bakı əleyhinə qərarlarda iştirak etməz. Rusiyaya gəlincə, ümumiyyətlə Ermənistanın hərəkətlərindən təngə gəlib və onun üçün İrəvan prioritet mahiyyət daşımır və Bakı ilə əlaqələrin dərinləşməsinə həddindən artıq önəm verir. Yəni həm KTMT-nin öz daxilindəki mənzərə, həm də regional şərait hərbi təşkilatın Ermənistana dəstək verməməsini şərtləndirir. Üstəgəl, KTMT ailəsi özünün rudiment üzvü olan Ermənistana görə Türkiyə ilə münasibətlər sisteminə tıxac vurmaq meylindən kənardır. Yəni bilir ki, Azərbaycan sərhədinə xarici müdaxilə Ankaranın adekvat addımı ilə müşayiət oluna bilər. Sadaladığımız amillər KTMT-ni Ermənistana arxa çevirməyə və “get öz dərdinin çarəsini qıl” deməyə məcbur edir. Вернуться назад |