Главная > Cəmiyyət / Manset > Ermənistan qoşunları Zəngilanda Azərbaycan sərhədçilərinə hücum edib

Ermənistan qoşunları Zəngilanda Azərbaycan sərhədçilərinə hücum edib


13-09-2022, 12:13. Разместил: admin
Ermənistan qoşunları Zəngilanda da Azərbaycan sərhədçilərinə hücum edib.

Bu barədə haqqin.az Dövlət Sərhəd Xidmətindəki mənbəyə istinadən xəbər verib.

Bildirilir ki, Ermənistanın hərbçiləri Kəlbəcər və Laçın rayonları ilə yanaşı, dövlət sərhədinin Zəngilan rayonu istiqamətində hərbi təxribat törətməyə cəhd ediblər.

“Dövlət Sərhəd Xidmətinin bölmələri bu təxribatların qarşısını qətiyyətlə alaraq erməni hərbi birləşmələrinə güclü zərbələr endiriblər. Ermənistanın erməni hərbi birləşmələri ağır itkilər verib”, - deyə məlumatda vurğulanıb.
Вернуться назад