Главная > Cəmiyyət / Manset > Mikayıl Cabbarov ABŞ Etnik Anlaşma Fondunun prezidenti ilə görüşüb

Mikayıl Cabbarov ABŞ Etnik Anlaşma Fondunun prezidenti ilə görüşüb


12-09-2022, 19:17. Разместил: admin
İqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ Etnik Anlaşma Fondunun prezidenti Mark Şnayerlə görüşüb.

Bu barədə nazir özünün “Facebook” səhifəsində qeyd edib:

“ABŞ Etnik Anlaşma Fondunun (The Foundation For Ethnic Understanding - FFEU) prezidenti Mark Şnayerlə (Rabbi Marc Schneier) ölkəmizdə millətlərarası və mədəniyyətlərarası dialoqun təşviqini, bütün icmaların sülh və sabitlik şəraitində yaşadığını vurğuladıq. Azərbaycanın zəngin mədəni-mənəvi irsi və tolerantlıq ənənələri barədə fikirlərimizi bölüşdük”.
Вернуться назад