Главная > Cəmiyyət / Manset > 65 mindən çox şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub - FOTO

65 mindən çox şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub - FOTO


9-09-2022, 15:42. Разместил: admin
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən 2022-ci ilin yanvar-avqust aylarında 65 500 işsiz və işaxtaran şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub.

Nazirlikdən bildirilib ki, onlardan 21 minədək şəxs münasib işlərlə təmin edilib, 9 700 şəxs kiçik bizneslərini yaratmaları üçün özünüməşğulluq proqramına cəlb olunub.

Agentlik tərəfindən son səkkiz ayda həmçinin 2 800 işsiz şəxs peşə hazırlığına cəlb edilib. Onlar üçün işəgötürənlərlə əməkdaşlıq çərçivəsində müxtəlif peşə sahələri üzrə hazırlıq kursları təşkil edilib və məşğulluqlarının təmini üçün işlər aparılıb.

Qeyd olunan dövrdə 32 mindən çox şəxsə peşəyönümü xidmətlər göstərilib.


Вернуться назад