Главная > Cəmiyyət / Manset > FHN qanunsuz çalışan ocaqxanaların fəaliyyətini dayandırdı - FOTO/VİDEO
FHN qanunsuz çalışan ocaqxanaların fəaliyyətini dayandırdı - FOTO/VİDEO9-09-2022, 14:04. Разместил: admin |
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində müvafiq tədbirlərin görülməsini davam etdirir. Bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Göygöl rayonu, Tülallar kənd sakinləri Zahir Məşdi oğlu Məmmədov və Eşqin Razəddin oğlu Haqverdiyevə məxsus həyətyanı sahələrdə qeyri-qanuni yolla ağac kömürü istehsal edən ocaqxanalar aşkar olunub. FHN-dən verilən xəbərə görə, sıx meşə ilə sərhəddə qanunsuz fəaliyyətlə məşğul olan işbazlar tərəfindən kustar üsulla düzəldilmiş, heç bir yanğın təhlükəsizliyi qaydalarının tələblərinə cavab verməyən ocaqxanaların yaşayış massivində, həmçinin meşə ərazisinin yaxınlığında istismar edilməsi yanğın təhlükəsini yaratmaqla, baş verə biləcək yanğının qısa zamanda geniş əraziyə yayılması, eləcə də təbiətə, insan həyatı və sağlamlığına təhlükə riskinə səbəb olur. Yuxarıda qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə qanunvericiliyin tələblərinə zidd olaraq ağac kömürü istehsal etmək üçün xüsusi ocaqxanalar təşkil edən Zahir Məşdi oğlu Məmmədov və Eşqin Razəddin oğlu Haqverdiyev barəsində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətində fakt rəsmiləşdirilib və qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti dövlət qurumlarına rəsmi müraciətlər edilib. Вернуться назад |