Главная > Cəmiyyət > Tələbə adını qazanmış ən gənc abituriyent: “Özümdən böyük uşaqlardan fərqlənmək mənə stimul verir” - YENİLƏNİB

Tələbə adını qazanmış ən gənc abituriyent: “Özümdən böyük uşaqlardan fərqlənmək mənə stimul verir” - YENİLƏNİB


6-09-2022, 22:42. Разместил: admin
“Ən gənc tələbə adını qazanmaq əvəzedilməz hissdir”.

Bu sözləri bu il Azərbaycanda tələbə adını qazanmış ən gənc abituriyent Əsmər Məmmədova xezerxeber.az-a açıqlamasında bildirib.

O qeyd edib ki, 2022/2023-cü tədris ili üçün ali təhsil müəssisələrininə qəbul imtahanlarında 472 bal toplayıb.

Qəbulla bağlı təəssüratını bölüşən Ə.Məmmədova bildirib ki, ölkənin ən gənc tələbəsi adını qazanmaq onun üçün əvəzedilməz hissdir:

“Özümdən böyük uşaqlardan fərqlənmək, onları oxumaqda qabaqlamaq çox fərqli bir hissdir. Bu mənə həmişə oxumağa stimul verib, rəqabət hissi yaradıb. Bunun nəticəsində mən məktəbi fərqlənmə diplomu ilə bitirmişəm. Yeri gəlmişkən, bu il ailəmizdə ikiqat sevinc yaşanıb. Belə ki, mənim bacım da ADRA-ya (Azərbaycan Dövlət Rəssamlıq Akademiyası - red) qəbul olub”.

Dörd yaşında 1-ci sinfə getdiyini xatırladan Ə.Məmmədovanun qədəm qoyduğu ilk təhsil müəssisəsi Gədəbəy şəhər 1 saylı orta məktəb olub. O, 15 yaşında isə Gədəbəy şəhər 2 saylı orta məktəbi bitirib.

17:12

Bu il Azərbaycanda tələbə adını qazanmış ən gənc abituriyentin 15 yaşı var.

Bunu Modern.az-ın sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş şöbəsinin müdiri Xanlar Xanlarzadə deyib.

O bildirib ki, ən gənc tələbə 17 mart 2007-ci il təvəllüdlü Əsmər Məmmədovadır.

“Əsmər Məmmədova Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix və coğrafiya müəllimliyi ixtisasına qəbul olunub”, - deyə qurum rəsmisi qeyd edib.
Вернуться назад