Главная > Cəmiyyət > Azərbaycan Ordusunun mövqeləri son günlər intensiv atəşə tutulur - RƏSMİ
Azərbaycan Ordusunun mövqeləri son günlər intensiv atəşə tutulur - RƏSMİ6-09-2022, 09:49. Разместил: admin |
Son günlər Azərbaycan-Ermənistan dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan Ordusunun mövqeləri intensiv atəşə tutulur. Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, sentyabrın 5-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca və Əzizli yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zivel və Yellicə yaşayış məntəqələri istiqamətində yerləşən Ordumuzun mövqelərini müxtəlif növ atıcı silahlardan atəşə tutub. “Bütün istiqamətlərdə bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb. Son günlər Azərbaycan-Ermənistan dövlət sərhədində baş verən gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”, - deyə məlumatda bildirilib. Вернуться назад |